2 nəfər Binə sakinini hansə səbəbdən həbs ediblər?

Oktyabrın 22-də evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsən vətəndaşlar inzibati qaydada həbs olunub. 

Bizimxeber.az "Turan"a istinadən bildirir ki, Bakının Xəzər rayonu Binə qəsəbəsinin sakini olan 2 nəfər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar.

Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb. Əraziyə gələn polislər həmin şəxsləri saxlayaraq barələrində protokol tərtib ediblər. 

Xəzər Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsilə 7 sutka müddətinə həbs edilib.