Odessa yenə atəşə tutuldu - 3 ölü, 3 yaralı

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərini yenidən raket atəşinə tutub.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper məlumat yayıb. 

O bildirib ki, nəticədə üç nəfər ölüb, üç nəfər isə yaralanıb.

Rusiya ordusunun şəhərə ballistik raketlərlə hücum etdiyi qeyd olunub.