Rəisini helikopterin qəza anı - Video

İran Prezidenti Rəisini daşıyan helikopterin qəzaya uğradığı anın görüntüləri yayılıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb.

İddia olunur ki, hadisə anının videosunu ABŞ peyk görüntüləri əsasında yayıb.

Qəza anının İbrahim Rəisinin olduğu helikopterə aid olması barədə heç bir rəsmi təsdiq yoxdur. Buna baxmayaraq, görüntülərin dağlıq və meşəlik ərazidə baş verməsi videonun reallığına inamı artırır.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.