ABŞ-ın B-1B Lancer strateji bombardmançıları bazaya qayıtdı

İspaniyanın Moron aviabazasında yerləşdirilən Amerikanın bir neçə B-1B Lancer strateji bombardmançıları ABŞ-a qayıdıblar.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığı açıqlama verib.

“ABŞ Hərbi Hava Qüvvələrinin 9-cu Ekspedisiya Bomba Eskadrilyasına təyin edilmiş B-1B Lancerləri Texas ştatının Dyess Hərbi Hava Qüvvələri bazasına qayıdıblar”, - deyə məlumatda bildirilir.

Komandanlığın qeyd etdiyi kimi, martın 24-də Avropaya yerləşdirilmə zamanı B-1B bombardmançıları Çexiya, Yunanıstan, Türkiyə və Böyük Britaniya səmalarında NATO müttəfiqləri ilə əməkdaşlıq etmək üçün bir sıra missiyalar yerinə yetiriblər. 

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandiri general Ceyms Hekker deyib ki, bu yerləşdirmə ABŞ ordusu üçün bizim birgə qüvvələrimizi gücləndirmək üçün müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etmək bacarığımızı nümayiş etdirmək üçün daha bir mühüm fürsət idi”.