“Prezident seçilsə, Ukraynadakı müharibəni dayandıracaq”

Sabiq ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sülh yolu ilə başa çatmasına dair detallı plan hazırlayıb, lakin onu seçkilərə qədər açıqlamayacaq.

Bu barədə “The Daily Telegraph” qəzeti siyasətçiyə yaxın mənbəyə istinadən yazıb. “O, müharibəni dayandırmaq istəyir. Elə bu sözlər də bamperə yapışdırılacaq: “Tramp müharibəni dayandıracaq”, - deyə mənbə əlavə edib.

Qeyd edək ki, burada prezidentliyə namizədlərin siyasi şüarlarının yer aldığı stikerlərdən söhbət gedir. Belə ki, həmin stikerləri tərəfdarlar öz avtomobillərinə yapışdırırlar.

Xatırladaq ki, aprelin sonlarında Tramp “Time” jurnalına bildirmişdi ki, prezident seçiləcəyi vaxtda Avropa da Ukraynaya yardım ayırmağı dayandırsa, o da yardım ayırmayacaq.