ABŞ hipersəs raketləri “tutmaq” üçün 3 milyard ayırdı

Yaponiya və ABŞ hipersəs raketləri vurmaq üçün yeni raketin birgə hazırlanmasına təxminən 460 milyard yen (təxminən 3 milyard dollar) xərcləməyi planlaşdırır. 

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. “Raketin hazırlanmasının 2030-cu illərin ikinci yarısında tamamlanması planlaşdırılır”, - məlumatda qeyd edilib.