ABŞ Çin banklarına qarşı sanksiyalar hazırlayır

ABŞ Çinin Rusiya ilə ticarətdə istifadə etdiyi bir sıra Çin banklarına qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.

Bizimxeber.az bildirir ki, bu barədə “ The Wall Street Journal” mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Vaşinqton ilk növbədə Çindən Rusiyaya ikili təyinatlı malların ixracına yardım göstərdiyi iddia edilən banklara məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir. 

ABŞ-ın planlarına görə, sanksiyalar bu bankları dollardan kəsməli, bununla da onların beynəlxalq bazarda imkanlarını məhdudlaşdırmalıdır.