Gürcüstan prezidenti Salome Zurabişvili LGBT icmasının hüquqlarını məhdudlaşdıran qanun layihələrini nəzərdə tutulan müddətdə imzalamayıb.
Bizimxeber.az bildirir ki, məlumatı Gürcüstanın “Azadlıq” radiosuna prezident administrasiyasından da təsdiqləyiblər .
Zurabişvilinin ofisi açıqlayıb ki, prezident veto qoymayacaq, çünki o, sənədi əsaslandırılmış iradlarla belə parlamentə qaytarmağı planlaşdırmır.
Lakin Gürcüstan Konstitusiyasına görə, əgər prezident qanun layihəsini imzalamamışsa və sənədə söz verməyibsə, onu parlamentin spikeri imzalayır, sonra isə qanun dərc olunur və beş gün ərzində qüvvəyə minir.