Ukrayna Rumıniyadan Patriot sistemləri aldı

Rumıniyanın təhvil verməyə razılaşdığı “Patriot” zenit-raket kompleksi Ukraynaya çatıb.

Bizimxeber.az bildirir ki, Rumıniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumatı təsdiqləyib .Rumıniya hakimiyyəti nəhayət ki, ötən ay Patriot sisteminin Ukraynaya köçürülməsi qərarını təsdiqləyib .

Ukrayna Prezidenti Vladimir Zelenski öz X (Twitter) səhifəsində hava hücumundan müdafiə sistemlərinin təmin edilməsində köməklik göstərən bütün ölkələrə minnətdarlığını bildirib ."Patriot sisteminə görə Rumıniyaya xüsusi təşəkkürlər. Biz birlikdə daha da yüksək effektivliyə nail ola bilərik - Şaheda və raketləri birgə vurmaqla rus terroruna son qoya bilərik".