Zidan "Əl-Nəsrə" rəhbərlik etməkdən imtina etdi

Fransalı baş məşqçi Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna rəhbərlik etməkdən imtina edib.

Bizimxeber.az bildirir ki, bu barədə “Foot Mercato” məlumat yayıb .

Nəşrin məlumatına görə, 50 yaşlı mütəxəssisə iki illik iş üçün 150 milyon avro təklif edilsə də, Zidan müqaviləni imzalamağa razı olmayıb. Onun Avropanın ən yaxşı 5 liqasından bir komandadan təkliflər gözlədiyi qeyd olunur.

Əl-Nəsrin fransalı məşqçi ilə maraqlanması aprelin 13-də məlum olub. Klubun Zidanla danışıqlarında portuqaliyalı hücumçu Kriştiano Ronaldonun da iştirak etdiyi dəqiqləşib. O, məşqçini Səudiyyə Ərəbistanına köçməyə razı salmağa çalışıb .

Zidan 5 il Real Madridə rəhbərlik edib və bu, üç dəfə Çempionlar Liqasında qələbə qazanıb. 2021-ci ildə fransız komandanı tərk edib.