Ukrayna prezidenti Vladimir Zelenski Varşavada Macarıstan hökumətinin başçısı Viktor Orbanın Kiyevdə olarkən ona Moskvaya səfər planları barədə xəbərdarlıq etməməsindən şikayətlənib.
Bizimxeber.az bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk hökumətin iclasından sonra jurnalistlərlə görüşündə danışıb.
“Zelenskinin NATO sammitindən əvvəl Varşavada mənə söylədiyi hər kəs üçün çox xoşagəlməz sürpriz oldu. Məsələ burasındadır ki, baş nazir Orban Kiyevdə olarkən və onunla üz-üzə söhbət edərkən tezliklə Moskvaya gedəcəyini deməyi “unudub””, - Tusk deyib.