“Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs Polşada saxlanılıb”.
Bununla bağlı Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatı Polşa və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları birgə həyata keçiriblər.
Məlumatda Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi qeyd edilib. Bildirilib ki, ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.
Ukrayna prokurorları bu barədə toplanılan materialları Varşavadakı həmkarlarına ötürüblər.
Nəticədə həmin şəxs ifşa edilərək saxlanılıb. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.