Zelenskini Baydenlə Ağ Evdə görüşəcək - Dəvət olundu

ABŞ prezidenti Co Bayden Kiyevi dəstəkləmək üçün yeni fondların təsdiqi ilə bağlı qeyri-müəyyənlik fonunda dekabrın 12-də Vladimir Zelenskini Ağ Evə dəvət edib.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti xəbər yayıb.

Qeyd olunur ki, Bayden görüş zamanı Amerikanın Ukrayna xalqını dəstəkləmək üçün sarsılmaz öhdəliyini bəyan edəcək. Ağ Ev bildirib ki, prezidentlər Ukraynanın ehtiyaclarını və kritik anda ABŞ-ın davamlı dəstəyinin vacibliyini müzakirə edəcəklər.

Zelenskinin ofisi bildirib ki, Amerika paytaxtında müzakirə olunacaq əsas mövzular ölkələr arasında gələcək müdafiə əməkdaşlığı, xüsusən də silah və hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı, eləcə də gələn il ABŞ və Ukrayna arasında səylərin əlaqələndirilməsi olacaq.