Ukrayna prezidenti Vladimir Zelenski artıq Polşanın paytaxtına gəlib və Polşanın baş naziri Donald Tusk ilə görüşəcək.
Bizimxeber.az bildirir ki, bundan sonra prezident Anjey Duda ilə görüş olacaq.
Zelenskinin Ukraynaya verdiyi dəstəyə görə Polşa liderlərinə təşəkkür edəcəyi və cəbhədəki vəziyyətlə bağlı hesabat verəcəyi gözlənilir.
Onlar həmçinin NATO-nun Vaşinqtonda keçiriləcək sammitindən əvvəl mövqeləri əlaqələndirəcəklər.