İsraildə İrana casusluq edən 7 Azərbaycan əsilli vətəndaş həbs edildi

İsrail polisi İrana casusluqda şübhəli bilinən 7 nəfəri həbs edib.

Bizimxeber.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, şübhəlilər İran üçün 600-ə yaxın missiya  - həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsi missiyalarını yerinə yetiriblər. 

Onların verdiyi məlumatlar arasında Ramat David aviabazası, Nevatim aviabazası, Glilot və keçən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumunda dörd əsgərin öldürüldüyü Qolani Briqadası bazası var. 

Dövlət prokuroru bildirib ki, şübhəlilərə qolani briqadası bazası da daxil olmaqla, onların idarəçilərindən strateji obyektlərin xəritələri verilib.

Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib.

Təqsirləndirilən şəxslər həmçinin bir neçə İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatı toplamaqda şübhəli bilinirlər. İsrail polisi bildirib ki, onlardan bəziləri İsrail təhlükəsizlik rəsmilərinin İrana zərər verməyi planlaşdırdığı İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatları toplamaq üçün çalışarkən polis tərəfindən tutulub. 

Polis rəsmilərinin bildirdiyinə görə, şübhəlilər əməliyyatın riskindən asılı olaraq müxtəlif məbləğlərdə ödəniş alaraq sırf maddi mənfəət güdərək motivasiya ediblər. Qrupun “Alxan” və “Orxan” adlandırılan iki İran kəşfiyyatçısı tərəfindən idarə edildiyi iddia edilir. Tərəflər arasında ilkin təmasların təxminən iki il əvvəl baş verdiyi bildirilir.

İddialara görə, şübhəlilərə yüz minlərlə şekel ödənilib, ödənişlər İsrailə gedən Rusiya vasitəçiləri vasitəsilə həyata keçirilib. Polis araşdırma zamanı onlarla sənəd də ələ keçirib.