Zelenski Trampın müharibə ilə fikirlərini sərt tənqid etdi

"ABŞ prezidentliyinə namizəd Donald Trampın müşavirlərinin Ukrayna ərazilərinə mümkün güzəştləri nəzərdə tutan planı qəbuledilməzdir." Bizimxeber.az bildirir ki, bunu Ukrayna prezidenti Zelenski bildirib.

Zelenski qeyd edib ki, Tramp, “müharibəni bir gündə necə bitirəcəyini bilmir”.

"Amma mən Tramp deyiləm. Onun belə bir modeli varsa, bəs kim buna qarşı olacaq? Hər kəs müharibəni bir günə, daha yaxşısı bir saata bitirmək istəyir. Amma əlimizdə olanlar var. Rusiya ərazilərimizdən çıxmalıdır, bu yeni ideya deyil”, - deyə o əlavə edib.

Dövlət başçısı bildirib ki, Ukraynanın ərazi güzəştləri vəziyyəti həll etməyəcək, çünki Putinə “cəmiyyətini psevdoqələbələr haqqında məlumatlarla qidalandırmaq” lazımdır, ona görə də Kremlin ağasını“yerinə qoymaq lazımdır”.

"Əgər Tramp ərazilərimizi Rusiyaya verməklə müharibəni dayandırmağı düşünürsə, bu, Ukrayna ilə Rusiya arasında sülhə gətirib çıxarmayacaq", - Zelenski vurğulayıb.