Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri başlayıb, onun nəticələri parlamentin aşağı palatasında 650 yerin bölünməsini müəyyən edəcək. 

Bizimxeber.az bildirir ki, bu barədə The Guardian xəbər verir.

Ölkə üzrə 40 minə yaxın seçki məntəqəsi açılıb ki, burada sakinlər 650 seçki dairəsinin hər birindən bir deputat seçəcəklər.

Britaniyada əvvəlki parlament seçkiləri 2019-cu ildə keçirilib. Nəticədə mühafizəkarlar Partiyası qalib gəlib. Bu il isə Leyboristlər 14 ildən sonra ilk dəfə sorğularda liderdir.