Zelenski Rusiya ilə atəşkəs təklifinə cavab verdi - "Kim zəmanət verir?"

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev və Moskva arasında atəşkəsə nəzarət etmək mümkün olmadığını bildirib. O əlavə edib ki, Ukraynada artıq atəşkəs təcrübəsi var, lakin bu, işləmədi.

“Risk var – kim təminat verir ki, atəşkəs zamanı rus qüvvələri bizə yaxınlaşmayacaq? Yəni atəşkəslə bağlı detalları başa düşmürəm. Mənim üçün bu, hələ də ölü hekayə kimi səslənir”. deyə Vladimir Zelenski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Vladimir Putin dünya ilə dialoqdan xeyir görmür: "Pekinin də Moskvaya sualları olmalıdır". 

Vladimir Zelenski əlavə edib ki, danışıqlara başlamaq üçün Moskva üçün “zəmin olmalıdır”, çünki indi Kreml “heç bir diskomfort hiss etmir”.

Bu arada Fransa prezidenti Emmanuel Makron Yay Olimpiya Oyunları ərəfəsində Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasını təklif edib. Onun sözlərinə görə, bu məsələdə kömək üçün Çin prezidenti Si Cinpinə müraciət etmək niyyətindədir. Kreml bu təşəbbüsə şübhə ilə yanaşıb və Ukraynanın yenidən silahlanma üçün atəşkəsdən istifadə edə biləcəyini əsas gətitib.