"Zelenski Putinlə görüşmək istəmədi" - Peskov

"Rusiya prezidenti Vladimir Putin bir neçə ildir ki, ukraynalı həmkarı Vladimir Zelenski ilə əlaqə saxlamır".

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər Peskovdan bir neçə ildir ki, siyasətçilər arasında heç bir əlaqənin olmaması barədə soruşublar: "Doğrudur. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə Normandiya formatı sammitində görüşüblər. Putin ikitərəfli görüşlər keçirib. O, Zelenski, Fransa prezidenti Emmanuel Makron və daha sonra Almaniya kansleri Angela Merkellə danışıb. Daha sonra dövlət başçısı Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında çağırıb. Zelenski Putinlə görüşmək istəməyib. Bundan sonra siyasətçilərin təmasları olmayıb".