Zelenski Polşaya düşən raketlərlə bağlı fikrini dəyişib

Ukrayna prezidenti Vladimir Zelenski Polşa ərazisinə düşən raketlərlə bağlı fikrini dəyişib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Zelenski deyib ki, bu dəfə nə baş verdiyini bilmir: "Bu dəfə nə baş verdiyini bilmirəm, biz 100 faiz bilmirik, məncə dünya da 100 faiz bilmir. Amma əminəm ki, orada Rusiya raketi olub və biz hava hücumundan müdafiə raketlərindən istifadə etmişik...  Biz ədalətli və dürüst olmalıyıq, istintaq tamamlanana qədər fraqmentlərinin əraziyə düşdüyü raketin hansı növü olduğunu deyə bilmərik".

Bundan əvvəl Ukrayna lideri raketlərin Polşa ərazisinə düşməsinə reaksiya verib. Onun sözlərinə görə, raketlər Rusiya mənşəli olub.

Bundan sonra ABŞ prezidenti Co Bayden Kiyevin insidentdə iştirakını inkar edən Zelenskinin sözlərinə münasibət bildirib . Amerikalı siyasətçi bu cür iddiaların etibarlı arqument olmadığını bəyan edib.