Zelenski müharibə başlayandan bəri ilk dəfə Macarıstana gedir


Vladimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək.

Bizimxeber.az bildirir ki, bu barədə o özü axşam müraciətində bildirib.

Zelenski qeyd edib ki, o, Avropa İttifaqına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın və Avropa Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Avropa Siyasi Birliyinin sammitində Budapeştdə olacaq.

"Dəvət üçün sizə təşəkkür edirəm. Biz Avropada təhlükəsizlik problemlərini, eləcə də bütün tərəfdaşlar üçün yeni imkanları müzakirə edəcəyik. Avropa liderləri ilə bir sıra görüşlər, bir sıra razılaşmalar olacaq", - o bildirib.

Qeyd edək ki, Avropa dövlətlərinin əksəriyyəti Avropa Siyasi Birliyinin sammitində iştirak etmək qərarına gəliblər, baxmayaraq ki, əvvəllər Viktor Orbanın qalmaqallı xarici siyasətinə görə onu boykot etmək təklifləri var idi.

Zelenski 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Macarıstana səfər etməyib.