Harris Trampı qələbə münasibətilə təbrik etdi


ABŞ-ın vitse-prezidenti Kamala Harris Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bizimxeber.az bildirir ki, Harrisin nümayəndələri bu barədə NBC News və AP daxil olmaqla çoxsaylı Amerika KİV-lərinə məlumat veriblər.

Qeyd olunur ki, demokrat Trampa “2024-cü il prezident seçkilərində qələbəsi münasibətilə təbrik etmək üçün” zəng edib.

Harris əlavə edib ki, respublikaçı ilə telefon danışığında “bütün amerikalılar üçün hakimiyyətin və prezidentliyin dinc yolla ötürülməsinin vacibliyi” müzakirə olunub.