Zelenski Karlsona müsahibə verməyəcək - "Karlson yalan danışır"

Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti qalmaqallı amerikalı jurnalist Taker Karlsonun Ukrayna prezidenti ilə müsahibə təşkil etməsi ilə bağlı bəyanatını təkzib edib.

Bizimxeber.az bildirir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov “Facebook” səhifəsində bildirib.

Zelenskinin sözçüsü yazıb: "Cənab Taker Karlson FSB-dəki mənbələrini daha diqqətlə yoxlamalıdır. Ukrayna prezidentinin tamam başqa qrafiki var, Taker Karlson isə orada yoxdur".

Qeyd edək ki, fevral ayında Karlson Rusiya lideri Vladimir Putindən müsahibə götürüb və burada o, Ukraynanın işğalına haqq qazandırmaq üçün standart yalan hekayələrini təkrarlayıb. Bir sıra Qərb ölkələrinin yüksək səviyyəli rəsmiləri müsahibəyə cavab verməli olublar. 

Belə ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Putinin Ukraynaya qarşı açdığı müharibənin NATO-nun genişlənməsinin nəticəsi olması barədə bəyanatını tamamilə gülünc adlandırıb.

Polşanın Xarici İşlər Naziri Radoslav Sikorski qeyd edib ki, Putinin bəyanatları heç də yeni deyil, lakin onların amerikalı jurnalist tərəfindən yayılması şok doğurur. 

Federal kansler Olaf Şolz bildirib ki, Rusiya hökmdarının bəyanatlarının ümumi mənası nəyə görə müttəfiqlərin Ukraynanı dəstəkləməyə davam etməli olduqlarını  daha inandırıcı edir.

Avropa Parlamentinin üzvü Qay Verhofstadt Putinə müsahibəsi ilə əlaqədar Karlsona qarşı sanksiyaların  tətbiqinə çağırıb.