Zelenski İranın İsrailə qarşı hücumunu pislədi

Ukrayna prezidenti Vladimir Zelenski İranın İsrailə qarşı hücumunu pisləyib.

"Ukrayna İranın "Şahed" pilotsuz təyyarələri və raketlərindən istifadə edərək İsrailə hücumunu pisləyir. Biz Ukraynada eyni "Şahed" pilotsuz təyyarələrdən istifadə edən Rusiyanın analoji hücumlarının dəhşətini çox yaxşı bilirik. Rusiya bu raketlərlə Ukraynaya hücum edir".

"Yaxın Şərqdə daha da eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərilməlidir. Rusiyanın hərəkətləri daha böyük bir münaqişə ilə təhdid etdiyi kimi İranın hərəkətləri də bütün regionu və dünyanı təhdid edir və terrorun yayılmasında iki rejim arasında aşkar əməkdaşlıq qətiyyətlə üzləşməlidir".

"Terror aləti olan "Şahed" pilotsuz təyyarələrinin səsi Yaxın Şərq və Avropa səmalarında eynidir. Bu səs azad dünyaya oyanış kimi xidmət etməlidir".