Yunanstanda minlərlə insan aksiyalara başladı

On minlərlə insan Afinada və Yunanıstanın digər şəhərlərində dəmir yolu qəzasından sonra etiraz aksiyaları keçirir.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, aksiyalar həmkarlar ittifaqları və tələbə birlikləri tərəfindən təşkil edilib.

Afina və daha iki şəhərdə keçirilən mitinqlərdə polislə qarşıdurma baş verib. 

Qeyd edək ki, qəza fevralın 28-də Yunanıstanın şimalındakı Tempe şəhəri yaxınlığında baş verib. Sərnişin qatarı eyni relsdə əks istiqamətdə hərəkət edən yük qatarına çırpılıb və relsdən çıxan vaqonlardan bəziləri alovlanıb. Hadisə nəticəsində 57 nəfər həlak olub.