Yunanıstanda meşə yanğınları - ölənlər var

Yunanıstanda meşə yanğınları davam edir.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, yanğınlarda bir nəfərin öldüyü rəsmi təsdiqlənib.

Peloponnes yarımadasının İliya bölgəsində baş verən yanğında 55 yaşlı kişi yaralanıb və xəstəxanada ölüb. Yanğınlarının qarşısını almaq üçün onlarla texnikanın köməyi ilə 120-yə yaxın yanğınsöndürən cəlb edilib.