Yunanıstanda batmaqda olan 100 miqrant xilas edilib

Yunanıstan hakimiyyəti ölkənin cənub sahillərində qəzaya uğrayan qaçaqmalçı gəmidə tapılan 100 miqrantı xilas edib.

Bu barədə AP məlumat yayıb.

Yunanıstan sahil mühafizəsi bildirib ki, miqrantlar gəmidən bölgəyə yönləndirilən yedək gəmisi ilə götürülərək sağ-salamat cənub-şərqdəki Monemvasia kəndinə aparılıb. 

Miqrantların milliyyəti, hansı gəmidə olduqları və haradan gəldikləri barədə hələlik heç bir məlumat verilməyib.

İnsidentin baş verdiyi ərazi qaçaqmalçıların miqrantları həddindən artıq dolu yelkənli yaxtalarla Türkiyədən İtaliyaya göndərmək üçün istifadə etdiyi marşrut üzərindədir,