Yunan gəmiçiliyində atışma: bir ölü, iki yaralı

Afinada Yunanıstanın gəmiçilik şirkətində baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bzimxeber.az xəbər verir ki, bu barədə “Reuters”ə polis mənbələri, eləcə də dövlət televiziyası ERT məlumat verib. Binaya soxulan və işçilərə atəş açan şəxsin hələ də binada olduğunu deyən bir polis rəsmisi hadisə yerinə danışıqlar aparan şəxsin gəldiyini bildirib.

Onun sözlərinə görə, mərhum “European Navigation” gəmiçilik şirkətinin sahibinin qohumu olub. Polis rəsmi olaraq şirkətin adını açıqlamayıb.

ERT qeyd edir ki, atəş açan şəxs Yunanıstanın paytaxtı Qlifadanın cənub ətraflarında yerləşən şirkətin keçmiş əməkdaşı olub. 

Yunanıstanda dövlət qurumlarına, banklara və diplomatik nümayəndəliklərə hücumlar illərdir ki, təkrarlanır. Onlar adətən ifrat solçu və ya anarxist hərəkatlara aid edilir.