YouTube səhvən bəzi istifadəçilərin kanallarını silib

Bəzi YouTube istifadəçiləri spam səbəbindən kanallarının bloklandığını və ödənişli məzmuna girişi itirdiyini qeyd ediblər.

Bu barədə TASS Google əməkdaşına istinadən yazır. Şirkət nümayəndəsi kanalların silinməsini səhv adlandırıb.

"Komandalarımız kanalların bərpası üçün fəal işləyir" deyə o bildirib.