Yeni seçkilərin keçirilməsi tələb edildi

Fransa və Almaniya Serbiya və Kosovo liderləri ilə görüşdə serb əhalisinin iştirakı ilə yeni bələdiyyə seçkilərinin keçirilməsini tələb ediblər.

Bizimxeber.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kişinyovda Avropa Siyasi Birliyinin sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Makron Moldovada keçirilən sammit zamanı Almaniya kansleri Olaf Şolzla birlikdə Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo rəhbəri Vyosa Osmani ilə görüşdüyünü bildirib.

"Biz tərəflərdən aydın şərtlərlə dörd bələdiyyədə serb əhalisinin iştirakı ilə yeni seçkilərin tezliklə təşkilini, həmçinin Serb bələdiyyə birlikləri ilə bağlı məsələnin Kosovo hakimiyyəti tərəfindən prioritet və təcili həllini tələb etdik", - Makron bildirib.

O qeyd edib ki, gələn həftə tərəflər bu məsələlərlə bağlı konkret təkliflər verməlidir.