“Yekun sazişin imzalanması Ermənistandan asılıdır”

“Sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb”. 

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Mən dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Razılaşdırılması vacib olan maddələr var. Yekun sazişin imzalanması Ermənistandan asılıdır. 

Azərbaycan tərəfi bu prosesin təşəbbüskarıdır və prosesi sona çatdırmaqda israrlıdır. Lakin bu, iki tərəfdən asılı olan prosedir”, - deyə nazir qeyd edib.