Türkiyə İsraillə əlaqələri tamamilə dayandırıb

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. “Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, - Ərdoğan vurğulayıb.

Ərdoğan Türkiyə hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaları isə “Siyasətin çirkli tərəfi” adlandırıb.