"Yeganə sülh yolu döyüş meydanındadır" - Alexander Stubb

"Ukraynadakı münaqişənin sülh yolu ilə həlli qeyri-mümkündür. Bizim sülhə nail olmağımızın yeganə yolu döyüş meydanındadır”.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bunu Finlandiya prezidenti Alexander Stubb CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb hələ də Moskva tərəfdən sülh istəyi görmür. Bundan əlavə, prezident Rusiya ilə Finlandiya arasında dialoqun tamamilə olmadığını etiraf edib və onun qurulmasında istəksizliyini vurğulayıb.

"Mən uzun illərdir ki, sülh vasitəçiliyi ilə məşğul olmuşam. Və təbii ki, sülhə vasitəçilik edəndə siz dialoqdan başlayırsınız və yalnız dialoqdan sonra şərtləri təyin etməyə başlayırsınız. Amma mən hesab edirəm ki, burda konkret halda sərt həqiqət ondan ibarətdir ki, sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır. Putinin anladığı yeganə şey gücdür. Və bir çox cəhətdən bu müharibə onun uduzması üçün çox vacibdir".