Yaponiyadan Rusiyaya daha bir sanksiya paketi


Yaponiya Ukraynadakı vəziyyətə görə Rusiya ilə əlaqəsi olan 12 şəxsə və 36 təşkilata qarşı sanksiya tətbiq edib.

"Bizimxeber" TASS-a istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Xüsusilə Kalaşnikov, Almaz-Antey, FSUE Atomflot, Birləşmiş Gəmiqayırma Korporasiyası və digərlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edilib.

Bir gün əvvəl Yeni Zelandiya yeni anti-Rusiya sanksiyalar paketini elan etdi.