Xorvatiya "Bayraktarı"nı alır


Xorvatiya Türkiyənin Bayraktar TB2 döyüş pilotsuz təyyarələrinin 86 milyon avro dəyərində alınmasını təsdiqləyib.

Bizimxeber.az bildirir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xorvatiya 2026-cı ilə qədər Türkiyəyə 6 pilotsuz uçan aparat, o cümlədən müşayiət olunan avadanlıq və lazımi hərbi təlim üçün müqavilə imzalayıb.

Xorvatiya Müdafiə Departamentinin rəhbəri İvan Anuşiçin sözlərinə görə, Bayraktar TB2 ölkəyə “müasir təhdidlərə uğurla cavab verməyə” imkan verəcək.

"Bu pilotsuz uçuş aparatı sərhəd mühafizəsi və yanğının qarşısının alınmasında faydalı və effektiv tətbiqə malikdir və digər dövlət qurumları tərəfindən də istifadə oluna bilər", - Xorvatiya Müdafiə Nazirliyi onun sözlərini sitat gətirib.