XİN və MN brifinq keçirir - Yenilənir

“Təəssüflər olsun ki, Azərbaycan bütün bu problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsa da, müvafiq reaksiya görməyib”. 

Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə XİN ilə Müdafiə Nazirliyinin birgə brifinqində deyib. 

O bildirib ki, son 3 il ərzində Ermənistan minalar və silah-sursatın daşınmasını davam etdirib, eləcə də mülki əhalinin həyatına təhlükələr yaradıb: “Qanunsuz silahlı erməni dəstələri sülh və sabitliyə təhlükə idi. Təəssüf ki, bununla bağlı Azərbaycanın çağırışlarına cavab verilmirdi”.