Xarkov hücumu: Putin bundan yararlanmaq istəyir

Ukraynada tammiqyaslı müharibə kritik mərhələyə daxil olur və Xarkov Rusiya Prezidenti Vladimir Putinin nəzərindədir.

Bu barədə “Politiko” nəşri yazıb.

“Söhbət təkcə Ukraynanın ən böyük şəhərlərindən birinə nəzarətdən deyil, həm də ölkənin potensial olaraq mübarizəni davam etdirmək qabiliyyətindən gedir.

Xarkov ələ keçirilərsə, Qərbin qətiyyəti tezliklə ortaya çıxa bilər. Görünür, Putin Ukrayna ordusuna Qərbdən daha çox sursat və silah gələnə qədər olan vaxtdan yararlanmaq istəyir”, - nəşr bildirib.