"Gürcüstan hakimiyyəti ölkə Aİ-yə qəbul olunarsa, “xarici agentlər” haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.
Bizimxeber.az bildirir ki bunu “Gürcü arzusu” partiyasının lideri, ölkənin keçmiş baş naziri İrakli Qaribaşvili deyib.
“Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul oluna bilər”.
Bundan əvvəl Gürcüstan parlamenti Gürcüstan prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi və respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə kimi baxan xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.