Xankəndi stadionu “Qarabağ”ın oyununa hazırlaşır - Video

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Tribunalarda yeni oturacaqların bir hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçiriləcəyi gözlənilir. Qarşılaşma dekabrın 21-də olacaq.