Xankəndi-Laçın yolunda fləşmob - Fotolar

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.

Aksiya iştirakçıları Xankəndi-Laçın yolunda şamlarla “Stop ekoterror” yazıblar.

Onlar yazının ətrafında bayraqlarla duraraq “Stop ekoterror” şüarını səsləndiriblər.