Bakı Kommersiya Məhkəməsində “TS Motors” MMC-nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iclası davam etdirilir. Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılır.
Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.
Qeyd: “TS Motors” MMC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.