Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun özü ilə yanaşı övladlarının da vəziyyəti ürəkaçan deyil. 

Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov məzuniyyətə göndərilib. Bir neçə gün əvvəl məzuniyyətə göndərilən Rza Talıbovun geri qayıdıb-qayıtmaması isə dəqiq bilinmir.

Onun üç gün əvvəl Naxçıvana yola düşdüyü deyilir.