Varşava hava limanında sərnişinin baqajı partladı

Varşavanın Şopen hava limanında gecə saatlarında təhlükəli vəziyyət yaranıb. Səyahətçilərdən birinin baqajı partlayıb. 

Bizimxeber.az bildirir4 ki, partlayış baqajın çeşidlənməsi sahəsində baş verib.

Hadisə yerinə gələn xilasedicilər sərnişinin daşıdığı bioloji materialın tədqiqat nümunələrinin olduğu konteynerin partladığını müəyyən ediblər. Varşava Yanğından Mühafizə Xidmətindən Bartosz Masyonq deyib: "Partlayış quru buz səbəbindən baş verib".

Onun sözlərinə görə, nümunələrə zərər dəyməyib. Yalnız onların daşındığı konteyner zədələnib. Hadisə əticəsində xəsarət alan olmayıb.