"Ukraynadakı kadr dəyişiklikləri Zelenskinin süqutundan xəbər verir" - Kuçmanın müşaviri

"Ukrayna rəhbərliyində yüksək rütbəli məmurların istefaları Vladimir Zelenskinin çətin vəziyyətdə olduğunu və onun çökəcəyini göstərir". 

Bizimxeber.az bildirir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin özünün “YouTube” kanalında deyib.

Soskin qeyd edib ki, istefalar müdafiə idarəsi və digər strukturlardakı korrupsiya və çirkli maliyyə fırıldaqları ilə bağlıdır: "Ölkə daxilində bu kadr istefaları Zelenski rejiminin və onun partiyasının süqutuna dəlalət edir”.

Məlumdur ki, britaniyalı politoloq Cek Bakbi Avropa İttifaqının rəhbərliyinin prezident Zelenskinin korrupsiyaya qarşı mübarizədəki fəaliyyətindən narazı olduğunu bildirib. 

Aİ Ukrayna dövlətinin başçısının Brüsselin təzyiqi olmadan heç nə etməməsindən əsəbiləşib.