"Ukraynada Soyqırım sübutu yoxdur" - BMT

Ukrayna hadisələrini araşdıran müstəqil beynəlxalq komissiya bəyan edib ki, Ukraynada soyqırım faktı yoxdur.

Bizimxeber.az “The Guardian”a istinadən bildirir ki, bunu komissiyanın sədri Erik Mese Cenevrədə keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası 2022-ci ilin martında bu məsələ ilə bağlı komissiya yaradıb.

Təşkilatın üzvləri insan hüquqlarının və ya beynəlxalq humanitar hüququn pozulması ilə əlaqələndirilə bilən faktları ortaya qoymalı idilər. “Biz Ukrayna ərazisində soyqırımın baş verdiyinə dair heç bir əlamət tapmadıq”, - Erik Mese bildirib.