Ukraynada Ostrovskinin də heykəlini sökdülər - FOTO

Ukraynada sovet yazıçısı, “Polad necə bərkidi” romanının müəllifi Nikolay Ostrovskinin abidəsi sökülüb.

Bizimxeber.az bildirir ki, bu barədə Xmelnitski vilayətinin dövlət administrasiyası məlumat yayıb.

“Şepetovka muzeyinin qarşısındakı meydanı təmizləyərkən biz bütün Ukraynanı totalitar irsdən təmizləyəcəyik”, deyə Qamaly yazıb.

Daha əvvəl bölgə rəhbəri bildirmişdi ki, Ostrovskinin abidəsi “əbədi” qorunub saxlanılması üçün səfərə hazırlanır”.

"Keçmişini unudan xalqların gələcəyi yoxdur. Ona görə də biz öz tariximizi xatırlayırıq, nəticə çıxarırıq, amma kommunist keçmişinin simvollarından yaxa qurtarırıq", - Qamalı deyib.

Nikolay Ostrovski 1904-cü ildə Ukraynanın indiki Rivne vilayətinin ərazisində anadan olub. Bir neçə il Şepetovkada yaşayıb, burada 1946-cı ildə yazıçıya həsr olunmuş muzey açılıb. 2020-ci ildə Ukrayna Milli Xatirə İnstitutu bildirib ki, dekommunizasiya haqqında qanuna uyğun olaraq Ostrovski Muzeyi yenidən Təbliğat Muzeyinə çevrilib.

2015-ci ildə Ukrayna dekommunizasiya haqqında qanun qəbul edib, ona əsasən şəhərlərin və küçələrin adlarının dəyişdirilməsi, eləcə də sovet liderlərinin abidələrinin sökülməsi nəzərdə tutulur.

Xüsusilə, Kiyevin nəzarətində olan ərazilərdə Oktyabr inqilabının təşkilatçısı Vladimir Leninin bütün abidələri sökülüb. Bolşeviklərin liderinin sonuncu abidəsi 2021-ci ilin yanvarında Odessa vilayətində sökülüb.