Ukraynada daha bir azərbaycanlı həlak oldu - Fotolar

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib.

Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə azərbaycanlı həlak olub.