Ukraynada təhsil ocaqlarında kondisionerdən istifadə qadağan edildi


Ukraynada təhsil müəssisələrinə kondisioner və çöl işıqlandırmasından istifadə qadağan edilib.

Bizimxeber.az bildirir ki, müvafiq əmri ölkənin Təhsil və Elm Nazirliyi verib. 

Qeyd olunur ki, bunun məqsədi Ukraynanın Birləşmiş Enerji Sisteminin işini sabitləşdirməkdir.

Bundan əvvəl baş nazir Denis Şmıqal da elektrik enerjisinə qənaət etmək üçün Ukraynanın dövlət qurumlarında kondisionerlərin söndürüləcəyini demişdi .