"Senat başda Ukrayna və İsrailə dəstəyi ehtiva edən yardım paketinə səs verməməlidir".
Bizimxeber.az bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Biz heç vaxt geri qaytarılma ümidi və ya müəyyən şərtlər olmadan pul verməməliyik. ABŞ artıq axmaq olmamalıdır". "Bir neçə ölkəyə 100 milyard dollara yaxın pul vermək istəyirlər, 100 milyard dollar. Bu balaca rəqəm deyil. Deyim bunu necə edin, onlara 100 milyard dolları yardım deyil, kredit verin”.
Fevralın 8-də ABŞ Senatı Ukrayna, İsrail və Hind-Sakit Okean regionundakı müttəfiqləri üçün maliyyələşdirmə paketinin təsdiqlənməsi istiqamətində mühüm prosedur addımı atdı. Bununla belə, onun Nümayəndələr Palatasında təsdiqlənmə şansı qeyri-müəyyən olaraq qalır.