Ukrayna Sevastopola ATACMS atdı - Ölənlər var

Raket hücumu nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həlak olub. 151 nəfər tibbi yardıma müraciət edib , 82 nəfər xəstəxanaya yerləşdirilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev deyb.

“Şəhərdə kortəbii xatirələr yaranıb: insanlar Qəhrəman Şəhərlər Xiyabanındakı Sevastopol stelinə və Komsomolski parkındakı fəvvarə qurbanlarının xatirəsinə çiçəklər və uşaq oyuncaqları gətirirlər. Sevastopol matəmdədir. Rusiya bizimlə birlikdə yas saxlayır”, - qubernator Telegram kanalında yazıb .

Sevastopolda iyunun 24-də matəm elan edilib, əyləncə tədbirləri ləğv edilib. Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sevastopol iyunun 23-də günorta saatlarında Amerika istehsalı olan ATACMS uzaqmənzilli raketləri ilə hücuma məruz qalıb.